“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib”.
“Qanunla.az” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında qeyd edib.
Nazir qeyd edib ki, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.