image-qanunla-reklam
image-img_20250121_130235

İKİ ÖLKƏ ARASINDA MEHRİBAN QONŞULUQ ƏLAQƏLƏRİ İNKİŞAF EDİB!

image-lady-day-az

İKİ ÖLKƏ ARASINDA MEHRİBAN QONŞULUQ ƏLAQƏLƏRİ İNKİŞAF EDİB!

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi çox mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksək səviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır. Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin qədim və zəngin keçmişi var. Tarixin ən ağır sınaqlarından çıxan bu əlaqələr mərhələ-mərhələ inkişaf edib, genişlənib və hər dəfə yeni mahiyyət kəsb edib. İstər 1918-1920-ci illərdə, istər sovet dövründə Azərbaycan və gürcü xalqları arasında əlaqələr daha da genişlənib. Azərbaycan və Gürcüstan dövlət müstəqilliklərini bərpa etdikdən sonra isə Cənubi Qafqazın bu iki ölkəsi arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Öncə qeyd edək ki, yüz minlərlə azərbaycanlı Gürcüstanda yaşayır. Odur ki, bu ölkədə ictimai-siyasi sabitliyin mövcud olması Azərbaycan üçün vacibdir. Dövlət müstəqilliyinin bərpasının ilkin çağlarında Gürcüstanda baş qaldırmış mənfi meyillərin, siyasi qarşıdurmaların, o cümlədən millətçilik çağırışlarının yerli azərbaycanlıları təhdid etməsi insanların yaddaşındadır. Odur ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də Gürcüstanla əlaqələrin yeni məcrada inkişaf etdirilməsi, o cümlədən bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti oldu. Azərbaycan dövlətinin xarici və daxili siyasətində milli mənafeləri təmin edən strategiyanın həyata keçirilməsi tezliklə özünü göstərməyə başladı.

Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın qazandığı uğurlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud qatıldığı tədbirlərin miqyası bunu deməyə əsas verir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi xarakterizə edilir. Azərbaycan xarici siyasətində qonşularla münasibətlərinə xüsusi diqqət göstərir və qarşılıqlı etimad mühitinin qorunması fonunda möhkəmlənən əməkdaşlıq digər ölkələrə nümunə göstərilir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi özündə mühüm məqamları ehtiva edir. Dövlətimizin başçısı cənab İlham Əliyev istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında xalqlarımızın əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadıqlarını, bu ənənələrin bu gün də davam etdiyini xüsusi vurğuladı. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi əlaqələrimiz bütün qonşular üçün nümunədir. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi yer tutur. İki dost, qonşu ölkənin iqtisadi əlaqələrdə yüksək  nəticələri var. Əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşayan Azərbaycan və Gürcüstan arasında ikitərəfli siyasi münasibətlərin yüksək səviyyəyə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Hər bir sahədə Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla davam etdirən cənab Prezident İlham Əliyev Gürcüstanla əlaqələrin davamlı inkişaf etdirilməsini xarici siyasətində prioritet hesab edir. Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq əlaqələrin dərinləşdirilməsinin təməlində çox yüksək səviyyəli və uğurlu siyasi təmaslar dayanır. Həmçinin, ölkələrimizin bir sıra təşkilatlar və qurumlar daxilində əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirir.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki