image-qanunla-reklam
image-img_20211207_103519

İki qardaş “Mersedes”in mühərrikini oğurladı

image-lady-day-az

Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mersedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyyat hissələrinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki