image-qanunla-reklam
image-qiz-olum

İki qızın öldüyü hostel kimə məxsusdur?

image-lady-day-az

Bir neçə gün əvvəl Bakının Səbail rayonunda yerləşən İST hostelin hamam otağında iki qadının müəmmalı ölümü barədə mediada məlumatlar yayılsa da, hadisənin detalları barədə ictimaiyyətə geniş məlumat verilmədi.

Qanunla.Az Hit.az-a istinadən xəbər verir ki, hadisə zamanı Ləman Əhməd qızı Dadaşova və onun rəfiqəsi dəm qazından boğularaq ölüb. Məlumatlarda qeyd edilirdi ki, hər iki şəxs Tiktok və İnstaqram sosial şəbəkələrində məşhur şəxs olublar.

İki xanımın müəmmalı şəkildə öldüyü hostelin kimə məxsus olduğu ictimaiyyətin marağındadır. İddialara görə, İST hostel və İST Petrol yanacaqdoldurma məntəqələrinin sahibləri eyni şəxslərdir.

Bildirilir ki, İST şirkəti təsisçilərin baş hərflərinin adlarının – İlqar, Seymur, Teymurun baş hərflərinin adlarına uyğun olaraq İST adlandırılıb.

Araşdırmalarımız zamanı bəlli olub ki, əslən Ağstafadan olan Seymur və Teymur Şabayevlər qardaşdılar. İlqar haqqında isə hər hansı bilgi yoxdur. İnternet resursları Şabayevlər barədə neqativ materiallarla zəngindir.

24.saat.org saytı isə yazır ki, baş verən hadisə kifayət qədər müəmmalıdır. “Belə ki, İST hostelin sahiblərinin kriminal aləmə yaxın şəxslər olması bildirilir ki, bu da hadisənin “hosteldə dəm qazından boğulma olmasına” əsaslı şübhə yaradır”, – sayt yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki