Şamaxı rayonunun Dədəgünəş kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 44 m² olan birmərtəbəli inzibati binanın dam örtüyü 20 m² sahədə və qismən tavanı yanıb.
Fövqəladə Hallar Nazirliyindən “Qanunla.az”a bildirilib ki, binanın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ümumi sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.