image-qanunla-reklam
image-xyal-aabyova

İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir

image-lady-day-az

İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyanat verib. Prezident bəyanatında bir çox məsələlərə toxunub. Bəyanatda qeyd olunan məsələlərdən biri də təhsillə bağlı idi. Prezident bu sahənin ən vacib və müzakirəyə ehtiyacı olan bir məqam olduğunu vurğuladı. Ölkə prezidenti çıxışında qeyd etdi ki, bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verecek

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Rəşanə Bayramova

 

 

Tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.

Azərbaycanın beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirmək məqsədilə ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Afrika qitəsi ölkələri ilə yaxın təmasların qurulmasıdır. Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı ölkə başçımız cənab İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər.

Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Afrika dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Hazırda bu dövlətlər öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm aktorlara çevrilmək məqsədilə Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsindən, xüsusilə enerji resursları modelindən yararlanmaq niyyətindədirlər. Son illər bu dövlətlərin rəsmilərinin ölkəmizə mütəmadi səfərləri, müxtəlif istiqamətlərdə fikir mübadilələri aparmaları da bir daha bundan xəbər verir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında bir sıra mühüm sənədlər imzalanıb. Yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar olan bu sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub. Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident cənab İlham Əliyev  ikitərəfli münasibətlərin tarixində ilk olan bu tarixi səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb.

Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki