İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı yerdə zenit-idarə olunan raketin qalıqları aşkarlanıb.
Qanunla.Az xəbər verir ki, bu barədə TASS əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, bu qalıqlar təyyarəyə xarici təsirin olduğunu təsdiqləyir, onlar ekspertizaya göndəriləcək: “Bütün metal qırıntılarının axtarışını hərbçilər, müstəntiqlər və kriminoloqlar aparır”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 24-də İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində Ukraynanın Xarkov vilayətindən iki zenit raketi ilə vurulub. Təyyarədə 65 ukraynalı məhbus və 9 rusiyalı olub. Onların hamısı ölüb.