image-qanunla-reklam
image-ilham-serencam

İlham Əliyev 2 fərman imzaladı

image-lady-day-az

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qanunla.Az xəbər verir ki, fərmanda qeyd olunur:

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 65.5, 118.20, 131.4, 159.1, 159.2 (birinci halda), 161.2, 161.4, 162.1 – 162.3, 163.1 – 163.3, 164.3-1, 166.1, 166.2-1, 186, 187.1-1, 193, 194.1 (hər üç halda), 194.2, 194.3 (birinci və ikinci hallarda), 195.1 və 195.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 159.2-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

1.3. həmin Məcəllənin 194.3-cü (üçüncü halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

1.4. həmin Məcəllənin 65.5, 161.4, 162.3, 163.3, 166.2-1, 187.1-1, 194.1 (üçüncü halda), 194.2 və 194.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 118.20-ci və 131.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 159.1, 164.3-1, 166.1, 193 və 195.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 159.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 161.2, 163.1, 163.2 və 195.2-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 162.1, 162.2 və 186-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur;

1.10. həmin Məcəllənin 194.1-ci (birinci və ikinci hallarda) və 194.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Məcəllənin 195.2-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 164, 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019, № 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7, 65.5, 115.4-cü (birinci halda), 115.7-ci, 118.20, 131.4, 159.1, 159.2 (birinci halda), 161.2, 161.4, 162.1 – 162.3, 163.1 – 163.3, 164.3-1, 166.1, 166.2-1, 166.3 (hər üç halda), 166.4 (hər üç halda), 186, 187.1-1, 193, 194.1 (hər üç halda), 194.2, 194.3 (birinci və ikinci hallarda), 195.1 və 195.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. 2.3-cü bəndə “156.2-ci” sözlərindən sonra “, 159.2-ci (ikinci halda)” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Məcəllənin 65.5, 161.4, 162.3, 163.3, 166.2-1, 187.1-1, 194.1 (üçüncü halda), 194.2 və 194.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

2.4. 2.4-cü bənddən “65.5,”, “159.1, 159.2,”, “161.2,”, “162.1,”, “162.2,”, “163.1,”, “163.2,” rəqəmləri və “rayon (şəhər)” sözləri çıxarılsın;

2.5. aşağıdakı məzmunda 2.4-1 ─ 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. həmin Məcəllənin 161.2, 163.1, 163.2 və 195.2-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri nəzərdə tutulur;

2.4-2. həmin Məcəllənin 162.1, 162.2-ci və 186-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur;

2.4-3. həmin Məcəllənin 159.1, 164.3-1, 166.1, 193 və 195.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;

2.4-4. həmin Məcəllənin 159.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur;”;

2.6. 2.5-ci bənddən “159.1,” rəqəmləri çıxarılsın;

2.7. 2.6-cı bənddə “158.2, 159.2 və 166.2-ci maddələrində” sözləri “158.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

2.8. 2.7-ci və 2.16-cı bəndlərdən “rayon (şəhər)” sözləri çıxarılsın;

2.9. 2.10-cu bənd ləğv edilsin;

2.10. 2.12-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirirlər” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

2.11. aşağıdakı məzmunda 2.12-1-ci və 2.12-2-ci bəndlər əlavə edilsin:

“2.12-1. həmin Məcəllənin 194.3-cü (üçüncü halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.12-2. həmin Məcəllənin 194.1-ci (birinci və ikinci hallarda) və 194.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;”;

2.12. 2.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.17-ci bənd əlavə edilsin:

“2.17. həmin Məcəllənin 195.2-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 26 fevral tarixli 532 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda vurğulanır:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431, № 5, maddə 860, № 6, maddə 1044, № 12, maddə 1927; 2020, № 7, maddə 882; 2021, № 5, maddə 439) 9.9-cu bəndinə “qeydiyyatının” sözündən sonra “, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98; 2009, № 2, maddə 59; 2010, № 11, maddə 968; 2012, № 11, maddə 1107; 2013, № 10, maddə 1153; 2014, № 9, maddə 1058; 2015, № 6, maddə 701; 2016, № 2 (II kitab), maddə 272; 2018, № 5, maddə 925, № 8, maddə 1687) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.13-cü bəndinə “qeydiyyatını” sözündən sonra “(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039; 2020, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 11, maddə 1211; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 1502 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.2-ci bəndinə “qeydiyyatını” sözündən sonra “(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada)” sözləri əlavə edilsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki