image-qanunla-reklam
image-1665491708614578617_1000x669

İlham Əliyev Asiya regionunda ölkəmizin milli maraqlarının müdafiəsi istiqamətində ciddi diplomatik addımlar atı

image-lady-day-az

Azərbaycan Prezidenti İlham Əliyev olduqca fəal xarici siyasət kursu həyata keçirir. Bu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və konkret nəticələr əldə edib. Bu siyasət müstəqildir və milli maraqların müdafiəsinə söykənir. Məsələyə bu kontekstdə yanaşdıqda Prezident İlham Əliyevin həm Qərb, həm də Şərqi Asiya istiqamətində xarici siyasət vektorlarının ölkəmiz üçün çox böyük siyasi dividendlər gətirdiyi göz qabağındadır. Prezident İlham Əliyevi Qərb dünyasında – Avropada son dərəcə praqmatik Lider kimi qəbul edirlər. Onu mahir diplomat kimi tanıyırlar. Azərbaycan Prezidenti ilə danışıqlarında bu reallıqların fərqindədirlər. Xüsusilə də Prezident İlham Əliyevin son Praqa danışıqlarındakı diplomatik uğurları heç şübhəsiz ki, Qərbin aparıcı beyin mərkəzlərinin, siyasi liderlərinin, KİV-lərin diqqətindən yayınmır. Onlar bunu xüsusi vurğulayırlar. Təkcə bu istiqamətdə deyil, həm də Asiya istiqamətində Azərbaycan Prezidentinin olduqca çevik xarici siyasət kursu diqqəti cəlb edir.

Azərbaycan Prezidentinin türk dünyasının birliyinə, həmrəyliyinə, inkişafına göstərdiyi müstəsna xidmətləri nəzərə alaraq, bu ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif etdi. Bu, Azərbaycan Prezidentinin nüfuzuna, onun türk dünyasında oynadığı böyük rola verilən qiymət idi. Eyni zamanda, Prezident İlham Əliyevin oktyabrın 11-də Qırğızıstana səfəri və onun nəticələri bir daha onu göstərir ki, bu gün dövlətimizin başçısı Asiya regionunda da Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində çox ciddi diplomatik addımlar atır. Bu səfər çərçivəsində doqquz çox mühüm sənəd imzalandı. Bu sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırır və hər iki dövlətin milli maraqlarına xidmət edir. Həmçinin türk dünyasında həmrəyliyin əldə edilməsi, qorunması, inkişafı mənafeyinə xidmət göstərir. Bu səfər çərçivəsində imzalanmış sənədlər ticarət-iqtisadi, nəqliyyat, humanitar sahələrdə, kiçik və orta biznesin inkişafı sahəsində, Dövlətlərarası Şuranın fəaliyyətinin genişləndirilməsi nöqteyi-nəzərindən, xarici işlər nazirləri arasında əlaqələrin daha da inkişafı prizmasından olduqca əlamətdardır. Eyni zamanda, Bakı ilə Bişkek arasında əlaqələrin yaranması baxımından dəyərlidir. Bütün bunlar, nəticə etibarilə hər iki dövlətin milli maraqlarına xidmət edir.

Bu səfər bir daha onu göstərdi ki, Qərb dünyasında olduğu kimi, Şərq dünyasında – Asiyada da Azərbaycan Prezidentinin şəxsiyyətinə çox böyük inam, ehtiram, etibar var. Əldə edilmiş razılaşmalar da məhz bu etibarın, yüksək münasibətin ifadəsi kimi qiymətləndirilməlidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki