image-qanunla-reklam
image-sedr-5

İLHAM ƏLİYEV – AZƏRBAYCANI PARLAQ GƏLƏCƏYƏ APARAN LİDER! – Elşən Əzizov

image-lady-day-az

İLHAM ƏLİYEV – AZƏRBAYCANI PARLAQ GƏLƏCƏYƏ APARAN LİDER!

Azərbaycanın son illərdəki inkişaf strategiyası, beynəlxalq münasibətlərdə mövqeyinin güclənməsi və milli təhlükəsizlik məsələləri ilə bağlı prioritetləri Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə geniş şəkildə şərh olunub. Bu müsahibə ölkənin gələcək siyasi və iqtisadi kursunun aydın mənzərəsini təqdim edir. Azərbaycanэn hərbi sahəyə ayэrdэрэ maliyyə vəsaitinin 2025-ci ildə rekord həddə зatacaрэ aзэqlanэb. Hərbi bьdcənin təxminən beю milyard ABŞ dolları təşkil etməsi ölkənin müdafiə qabiliyyətini daha da artırmaq və təhlükəsizlik sahəsində dayanıqlılığı təmin etmək məqsədini daşıyır. Ayrılan vəsaitin ən azı 60 faizinin hərbi xərclərə yönləndirilməsi planlaşdırılır. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, bu qərar regionda mövcud olan təhdidlərlə bağlıdır. Əks halda, bu resurslar Qarabağın bərpasına, sosial rifah layihələrinə və digər inkişaf sahələrinə yönləndirilə bilərdi.Bununla yanaşı, Ermənistanın Azərbaycanla silah yarışında rəqabət apara bilməyəcəyi xüsusilə qeyd olunub. Ermənistanın əsasən, Qərbdən pulsuz və ya kreditlə aldığı silahlar Azərbaycanın müdafiə arsenalı və hərbi potensialı ilə müqayisədə qeyri-adekvat görünür. Ermənistan 2020-ci ilin İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini unutmamalıdır. Bu hərbi əməliyyatlar bir daha göstərdi ki, revanşist ideyalar Ermənistan üçün yalnız məğlubiyyət və təhlükə gətirə bilər.Bu gün müstəqil Azərbaycan dövləti özünün tarixi inkişaf dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin güclü təməllərini atdığı müstəqil dövlətimizin uğurlarının əsasında  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi dayanır.

Cənab Prezident İlham Əliyev fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.Ümumiyyətlə, zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi cənab Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Bu baxımdan, yeni şəraitdə ölkəmizdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bu islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.Xüsusi olaraq qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti  seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Bu islahatlar ölkənin inkişafında vacib rol oynayırdı. Amma islahatlar nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdi. Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Məlumdur ki, 2018-ci ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. İslahatlar siyasi sferanı da əhatə edir. Bu istiqamətdə uğurlu islahatların nəticəsidir ki, cənab Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan edib.

Həmçinin müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. Ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının öz aralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. Həqiqətən də, Azərbaycanda siyasi münasibətlərin inkişafı, siyasi partiyalar arasında sağlam dialoq mühiti bu gün yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Bu qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatizmin kökü kəsildi. Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ili münasibəti ilə – 15 oktyabr tarixində üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin zirvəsidir! Cənab Prezidentin Liderliyi ilə Azərbaycan xalqı bundan sonra da qarşıya qoyduğu möhtəşəm hədəflərə çatacaq!

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədri

Elşən Əzizov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki