image-970_50
image-ilham-serencam1-2

İlham Əliyev daha bir sərəncam imzaladı

image-728_90

Prezident İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qanunla.Az sərəncamın mətnini təqdim edir:

“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1226; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir;

2.2. resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki