Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Qanunla.Az erməni KİV-ə istinadən xəbər verir ki, XİN rəhbərlərinin də iştirak etdiyi görüşdə Bakıda həbsdə olan separatçılardan söz açılıb.
Mirzoyan bu barədə ötən cümə günü iqtidar partiyanın axşam keçirilən qapalı iclasda deputatlara deyib. O, İlham Əliyevlə görüşdə COP29-da iştirak etmələri müqabilində əsir götürülmüş hərbçilərdən bir neçəsini geri qaytarmağı təklif edib. Nazir bunun müqabilində tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcəyinə zəmanət verib.
Azərbaycan lideri İlham Əliyev isə Paşinyana niyə Ruben Vardanyanı tələb etmədikləri barədə sual verib.
“Çünki mən bilirəm ki, verməyəcəksiniz”, – deyə Paşinyan cavab verib.
“Əvəzində başqa ölkə onu istəyir. Rusiya Prezidenti Vladimir Putin tələb edir”, – Prezident qeyd edib.