image-970_50
image-1619519364-f6bd83ad-6471-3b30-95a9-dbcf49587277_850

İlham Əliyev və Mehriban Əliyeva hərbi hissənin açılışında

image-728_90

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.

Qanunla.Az-ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Elçin Quliyev dedi: Xoş gəldiniz cənab Prezident!

Prezident İlham Əliyev: Salam.

Elçin Quliyev: Salam. Yaddaş daşı yazılmışdır gəlişiniz münasibətilə, cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə. Məruzə edirəm ki, verdiyiniz göstərişlərin icrası üzrə işğaldan azad edilmiş ərazilərdə tikinti-təmir işlərimiz davam edir. Göstərilən ərazidə köhnədən belə bir bina qalmışdı, möhtərəm cənab Prezident, tapşırıqlarınızın icrası ilə əlaqədar 5339 kvadratmetr ərazidə hərbi hissəsi yaradılmışdır, hazırkı vəziyyət gördüyünüz kimidir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki