image-970_50
image-prezident-kelbecer-2

İlham Əliyevin bu müraciətinin səbəbi… – Professor

image-728_90

Toponimlər – insanların, xalqların və millətlərin yaşadıqları məkana olan bağlılığının məhsuludur. Toponimlər həm də xalqın tarixi yaddaşıdır. Cənab Prezidentin Kəlbəcər və Laçına səfəri zamanı qədim yurd yerlərimizin öz tarixi adıyla adlandırılması haqqında həm mətbuat nümayəndələrindən, həm də ictimaiyyətdən xahişi bu baxımdan çox önəmlidir.

Bunu Axar.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimiya sektorunun müdiri, professor Qara Məşədiyev deyib. Onun sözlərinə görə, İlham Əliyevin Kəlbəcər və Laçına səfəri zamanı bu məsələyə toxunması dövlətin tariximizə verdiyi önəmin təzahürü, eyni zamanda Ermənistana ciddi bir xatırlatmadır.

Alim işğaldan azad edilən bölgələrimizdə 28 il boyunca erməniləşdirilən toponimlərin milliləşdirilməsi istiqamətdə ciddi iş aparıldığını bildirib:

“Hazırda 400-ə yaxın toponimin milliləşməsi üçün sözügedən ərazilərimizin adlarının düzgün yazılışının müəyyən edilməsi və onların bərpa edilməsi istiqamətində işlər aparılır. Daha effektiv olması məqsədilə bu işə işğaldan azad edilən bölgələrimizdən olan alimlərimiz cəlb edilib. Proses bu gün də davam edir. Qədim yurd yerlərimizin adlarının bərpası tarixi mənbələr əsasında yerinə yetirilir”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki