image-qanunla-reklam
image-images

İlk siyasi-hüquqi qiymət

image-lady-day-az

İlk siyasi-hüquqi qiymət

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm qanlı faciə, həm də qəhrəmanlıq dastanı kimi yazıldı. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”. Qanlı hadisəyə ilk olaraq kəskin münasibəti Ümummilli Lider Heydər Əliyev bildirdi. Ümummilli Lider Qorbaçovun əlaltılarının ona qarşı təxribat və sui-qəsd planları hazırlaya biləcək cəhdlərinə baxmayaraq, həyatını risk altına qoyaraq hadisənin ertəsi gün, yanvarın 21-də cənab Prezidentimiz İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək geniş rezonans yaradan mətbuat konfransı keçirdi.  Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, cəsarətli bəyanat verdi və hadisəni bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş qanlı terror aktı kimi qiymətləndirdi, Moskvanın və respublika rəhbərlərinin birbaşa məsuliyyət daşıdığını bəyan etdi. Ulu Öndər Moskvadan Azərbaycan rəhbərliyinə göndərdiyi teleqramda isə hadisəni xalqa qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası kimi qiymətləndirərək günahkarların cəzalandırılması üçün dərhal addımlar atmasını tələb etdi.

Ulu Öndər 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək “20 Yanvar” hadisəsinə növbəti dəfə sərt mövqeyini ifadə etməsi və qatillərinin aşkarlanması üçün hüquqi tədbirlərin görülməsinə dair çağırışı əsl ürək ağrısı və yanğısı idi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Ulu Öndər Heydər Əliyevin tarixi çıxışı Sovet rəhbərliyində təşvişə səbəb oldu. Ulu Öndərin Kommunist Partiyası sıralarından çıxmaq barədə kəskin mövqeyi ifadə etməsi ildırım effekti yaratdı, bir neçə il əvvəl SSRİ Nazirlər Sovetinin birinci müavini, Siyasi Büronun üzvü olmuş, nəhəng dövlətin dəmir qətiyyətli şəxsiyyətinin Kommunist Partiyanı tərk etməsi nüfuzlu partiya xadimlərinin nəhəng dövlətə olan inamını sarsıtdı.  Bu, çətin tarixi anlarda Ulu Öndər Heydər Əliyevin xalqa Öndərlik edərək vahid milli birlik quruculuğuna başlaması Azərbaycan xalqının milli dövlət quruculuğu yönündə inam və inadını daha da gücləndirdi. Ulu Öndər əsl xalq hərəkatına çevrilən milli dövlət ideyasını gerçəkləşdirmək üçün Milli Liderlik missiyasını üzərinə götürdü, Azərbaycan kommunist rejiminin ona qarşı ədalətsizliklərini nəzərə alaraq, Naxçıvanda əzmkar fəaliyyəti ilə Azərbaycan tarixində yeni siyasi dövrü başlatdı.

Ziya Nağıyev Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin işçisi

 

 

Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı

XX əsrin sonlarında İstiqlal Mübarizəmizin qızıl rəqəmlərlə yazılan mühüm tarixi günləri var ki, onlardan biri də məhz 1990-cı il 20 Yanvar hadisəsi idi. “20 Yanvar” qırğınına ilk siyasi verən Ulu Öndərimizin xalqı öz ətrafında sıx birləşdirmək və düzgün idarə etmək məharəti sayəsində “20 Yanvar”dan başlayan milli azadlıq mübarizəsi xalqın milli birlik və həmrəylinin möhkəmlənməsinə, müstəqil dövlətçiliyin bərpasının tarixi sonluqla – müstəqil Azərbaycan Respublikasının və milli dövlətin yaranması ilə tamamlandı. “20 Yanvar” faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi yalnız Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Hələ Naxçıvanda olarkən Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra isə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə vaxt itirilmədən faciənin dəqiq araşdırılması və hüquqi addımların atılmasına başlanıldı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə o, bu barədə fikirlərini bildiridi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Həmçinin, “20 Yanvar” faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərman imzalandı və bu addım matəm günü kimi hər il faciənin dövlət səviyyəsində qeyd edilməsini rəsmiləşdirdi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, “20 Yanvar” Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndərin müvafiq Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev bu yöndə siyasəti ləyaqətlə davam etdirməkdədir. Cənab Prezident şəhidlərin xatirəsini daim uca tutur, şəhid ailələrinin, əlillərin sosial müdafiəsinə xüsusi diqqət göstərir. Dövlət başçısının imzaladığı “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmana əsasən ayrıca təqaüd növü təyin edilib. Bu gün şəhidlərimizin ruhu şaddır, cənab Prezidentimizin sayəsində onların torpaq və vətən uğrunda tökülən qanı yerdə qalmayıb, bu faciənin baş verməsinə zəmin yaratmış erməni separatçıları, cinayətkarları tarixin ədaləti qarşısında öz layiqli cəzalarını alıblar.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki