image-qanunla-reklam
image-fotojet-2021-12-15t003342-111

İmişlidə avtomobil traktora çırpılıb, xəsarət alanlar var

image-lady-day-az

 

İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bəhrəmtəpə – Beyləqan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “İsuzu” markalı minik avtomobili qarşıda gedən traktora çırpılıb.

Qəza nəticəsində Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Camalov Ceyhun Əsgər oğlu və 1993-cü il təvəllüdlü Orcuyev Xalid Sərxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki