image-qanunla-reklam
image-17453898673880014527_1200x630

İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır

image-lady-day-az

İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır.

Prezident  cənab İlham Əliyevin Çinə səfəri  çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb. Səfər günlərində Prezident cənab İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. Aprelin 25-də dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb. İlk növbədə qeyd edilməlidir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin Xalq Respublikası bu müstəqilliyi 27 dekabr 1991-ci ildə tanımış və 1992-ci il 2 aprel tarixində ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının Bakıda, 1993-cü ilin 3 sentyabr tarixində isə Azərbaycanın Pekində səfirliyi fəaliyyətə başlamışdır. Bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. Onun xarici siyasətdə tarazlı və strateji baxışı sayəsində Azərbaycan-Çin münasibətlərinin təməli sağlam əsaslar üzərində qurulmuşdur. Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”. Müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinlə münasibətlərindən danışarkən deyib: “Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız”, – dövlət başçısı vurğulayıb.

Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki