Qətərdə təşkil olunan DÇ-2022 davam edir.
Qanunla.Az xəbər verir ki, B qrupunda İngiltərə İranla qarşılaşır. Dohadakı “Xəlifə” stadionunda Bakı vaxtı ilə saat 17:00-da başlayan matçda İngiltərə yığması 3-0 hesabı ilə irəlidədir. İngilislərin qollarını 35-ci dəqiqədə Bellinqem, 43-cü dəqiqədə Saka və 45-ci dəqiqədə Sterlinq vurub.
***
İngiltərə millisi Qətərdəki dünya çempionatında İrana qarşı keçirdiyi B qrupunun ilk tur oyununda 4-cü qolu vurub.
Məlumata görə, 62-ci dəqiqədə Bukayo Saka dublunu rəsmiləşdirib.
***
Taremi görüşün 65-ci dəqiqəsində İranın ilk qoluna imza atdı: 4-1.
***
Raşford İngiltərənin 71-ci dəqiqədə 5-ci qolunu vurdu: 5-1.
***
Qiriliş görüşün 90-cı dəqiqəsində İngiltərənin 6-cı qoluna imza atdı: 6-1.
***
Matçın son dəqiqəsində İran millisi penaltidən hesab arasındakı fərqi azaltdı: 6-2.