image-qanunla-reklam
image-03107b3c-538d-3c46-a9c2-263daa0a729f_850

İngiltərə klubunun stadionunda yanğın olub

image-lady-day-az

İngiltərənin “Vulverhempton” komandasının ev oyunlarını keçirdiyi “Molinyu” stadionunda yanğın olub.

Qanunla.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hadisə ötən gecə baş verib.

Qısa qapanmanın səbəb olduğu yanğın nəticəsində insan tələfatı olmasa da, kluba ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında Portuqaliya “Tondela”sında çıxış edən Renat Dadaşov müqavilə ilə “Vulverhempton”a məxsusdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki