Futbol üzrə İngiltərə Liqa Kubokunun 1/4 finalında azarkeşlər arasında toqquşma olub.
Belə ki, “Tottenhem”-“Vest Hem” oyunundan əvvəl bir qrup azarkeşlər arasında başlayan söz atışması kütləvi dava ilə nəticələnib.
Bir neçə nəfərin xəsarət aldığı kütləvi dava “Tottenhem Hotspur” arenasının yaxınlığında baş verib.
Hələlik xəsarət alanların sayı barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə meydan sahibinin qələbəsi ilə bitib. Qələbə sayəsində yarımfinala adlayan “Tottenhem” Londonun “Çelsi” klubu ilə qarşılaşacaq.