image-qanunla-reklam
image-195845561_1699698070223799_8427859686592955934_n

İnləyən məzar-Leyla İsgəndərli

image-lady-day-az

İnləyən məzar… Uzanan yollara baxan bir məzar daşı vardı…hündür təpəlikdə özünə məskən salmışdı.. burdan yayda gözəlliyə bürünən meşələrə, al -əlvan rəngə boyanan çəmənliklərə , sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı..Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki, nə gələni vardı , nə gedəni vardı,kimsəsi yoxdu bu məzar daşının …kimsə bilməzdi kimin yadigarıdı burda mışıl- mışıl uyuyan. Yaxınlıgına hərdən uşaqların topu gəlib düşərdi ..onlar da qorxa qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına …qəmli qəmli tütək çalardı ..bu məzarın ana laylası da, Quran sədası da o qəmli musiqi idi… Əslində kimsənin bilmədiyi ,sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı.. vətən yangısının qurbanı idi…atasının anasının yeganə göz qarası,bacısın ürək parası.,yarının can parası,övladının hər şeyi idi bu məzar daşı. Uzaq – uzaq ellərdə onu gozləyən neçə – neçə arxasınca həm aglayan, həm axtaran ,həm ümid edən ürəklər vardı…Qəlblər qəhrəmanı idi bu şəhid məzarı… Nənəsi nəvəni dizi üstə oturdub ,oxşayıb atasının qəhrəmanlıqlarından tez tez danışardı .Babası atasının döyüş yoldaşlarının yanına aparardı ,anası gecelər xısın xısın aglayıb.,taleyinə boyun əyib, gözüyaşlı bagrına basar,oxşayardı onu; qayıdacaq can bala atan deyərdi, qayıda bilməsə bizə göylərdən baxacaq deyərdi, sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib, mən səni qoyub getməyəcəm ,atam kimi deyirdi…Anası onu hər dəfə qucaqlayıb ; – atan bizi qoyub getmədiki? ! O bizi qorumaga getdi deyərdi… İllər keçdi …Tənha məzar daşı yenə də uzanan yollara qəmli qəmli baxırdı ,bir az olardı çoban laylasın çalıb getmişdi … Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı… Bir yaşlı ,qoca babayla bir cavan oglan ona yaxınlaşırdı …yaşlı baba oglana nəsə danışırdı..Get – gedə səs aydınlaşırdı.: bax bala ,dediyim məzar budu, illərdi burda ziyarətsiz qalıb…gələni yox gedəni yox….sənin axtardıgın adam ola bilərmi ? … Cavan oglan ürəyi əsə- əsə , ürkək baxışlarını ad yazılan daşa yönəltdi…sanki ildırm vurdu onu…..Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu….Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O qayıdacaq ..deyə hayqırırdı cavan ….Kişi onu sakitləşdirməyə çalışdı..bir az su verdi, oglan suyu içib daşı.qucaqladı…hönkürməyə başladı….Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə , əyilməyə başladı sanki…Daşdan qəribə bir inilti qopdu ; daglara ,daşlara əks səda verdi…o artıq təhna deyildi…

Leyla İsgəndərli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki