image-qanunla-reklam
image-1675414063-hamile-telebe

“Instagram”da tanış olduğu yeniyetmə qızı hamilə qoydu – Azərbaycanda

image-lady-day-az

İsmayıllıda yeniyetmə qızla cinsi əlaqədə olan şəxs həbs olunub.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü, İsmayıllı şəhər sakini Asiman Kazımov İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdi olan Nəzrin adlı qızla “Instagram”da tanış olub. Onlar “Instagram”da və “WhatsApp”da mesajlaşmağa başlayıblar. Tez-tez görüşən Asiman və Nəzrin bir neçə dəfə cinsi əlaqədə olublar.

Bir müddət sonra Nəzrin hamilə olduğunu öyrənib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılıb.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Asiman 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki