image-970_50
image-fb_img_1619636281165

İntihar Labirinti-Jalə Mütəllimova

image-728_90

…Çıxış yolu haradadır və ya varmı?!..

Çoxsaylı suallar mövcuddur. İntiharlar niyə baş verir? Bir kasıb, imkansızlıqdan intihar edirsə, bir varlı ailənin övladı, nədən həyatına son vermək kimi ağır qərar alır? İnsanlara intiharın yolverilməzliyini anladan sahə mütəxəssisləri məsələn, psixoloqlar, psixoterapevtlər arasında bu nədən baş verir? Üstəlik bu sahədə maarifləndirmə işləri aparılırmı? Məsələnin sosial yükü nə qədərdir? Psixoloji amilləri varmı? Kimlər məşğul olmalıdır bu sahə ilə? Bu məsələlər necə araşdırılmalıdır? Dünyada bu cür praktikalar varmı? Azərbaycan onların iş təcrübəsi ilə tanış ola bilərmi? Ölkədə intiharlara dair statistika varmı? Bu rəqəmləri Azərbaycanda hansı dövlət qurumları toplayır? Hara və hansı formada hesabat verirlər, məruzə edirlər?

Bu suallar ətrafında bildiklərimi sizinlə bölüşməzdən öncə gəlin görək məsələlərin mahiyyətindən məlumatlı adamların ümumiyyətlə intiharlar və onların baş verməsinə yan təsirlər barədə mütəxəssis nə düşünür. Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, suitsid, yəni intihar səbəbləri axıra qədər öyrənilməmiş fenomendir:

-Dünyanın ən firavan ölkələrdində intiharlar dəfələrlə kasıblıq, səfalət və mühariblər olan ölkələrdən çoxdur. Məsələn, firavan Skandinaviya ölkələrdində intiharların çoxluğunu günlü havaların az olması ilə əlaqələndirməyə cəhd edirlər, amma Cənubi Koreya bu sahədə mənfi mənadə ən qabaqcıl ölkələr sırasındadır. Depressiya, çarəsizlik, həyatın mənasının itməsi və sair amillər əlbəttə ki, təsir edir. Bu arada penitensiar suitsid, postmüharibə dövrünün suitsidi də bir qədər fərqli fenomenlərdir. Bu məsələdə ən razılaşmadığım qınaqdır. Hadisə baş verəndən sonra cəmiyyət başlayır ailəni qınamağa, amma ailənin daxilində nə baş verdiyini bilmədən edirlər bunu. Bizdə intiharların nisbi artımı, xüsusən gənclər arasında intihar hallarının artmasının səbəbini mən öz anladığım şəkildə bir sətrlik cümlə ilə ifadə etmişdim. “Ailə münasibətlərində və şəxsi həyat məsələlərində ifrat liberalizm və stereotip arasında qalanda intihar variantlardan birinə çevrilir”. Gənclər, xüsusən gənc qızlar arasında intihar, evdən qaçmaq və sair halların artmasında qənaətimə görə deyim formulanın rolu böyükdür. Dünyaya açılmışıq, amma ailə-məişət münasibətlərində sterotiplər, xurafat və adətlər qalmaqdadır. Gənclər baxır ki, hardasa daha maraqlı həyat var. İstəyir o şəkildə yaşasın. Ya cəhd etmir, ya da cəhdinin qarşısını ailə və cəmiyyət basqısı alır. Bu arada ölkəyə xarıcı təsirlər artmaqdadır. LGBT, feminist cərəyanlar müxtəlif layihələr həyata keçirir. Ailə dəyərlərinin aşındırılmasına yönələn bu layihələr əfsus ki, təsirsiz ötüşmür.

Hüquq müdafiəçisinin söylədiklərindən sonra bir də yaxın-uzaq qonşularda vəziyyətə diqqət edək.

Rusiya Statistika Komitəsinin məlumatına görə, ölkədə 2014-cü ildə baş verən intiharlar əvvəlki illə müqayisədə 1,5 min nəfər azalıb. Mütəxəssislər bu statistikanı hesablayarkən təxminən belə məlumat yayırlar. Ölkə vətəndaşlarının hər 100 minindən 27 intihar nəticəsində həyaını itirir.

Ermənistan FHN-in “911” xidmətinə daxil olan məlumata görə gün ərzində intiharların sayı əllini keçir. Araşdırılan səbəblər sırasında insnların sosial vəziyyəti əss gətirilir. Və Ermənistanda intihar edənlərin əksəriyyəti ölkənin yaşlı kateqoriyadan olan insanları təşkil edir.

Gürcüstan Daxili İşlər Nazirliyi məlumatına görə ötən ilin iyununa qədər ölkədə 162 intihar hadisəsi baş verib.

İran mənbələri demək olar ki, intihar faktlarını üzə çıxarmamaqdan yanadır. Amma dünya mediasının yazdığına görə İran uşaq intiharlarının sayı ilə fərqlənir. Səbəb sosial-psixoloji durumdur. Yeni əsrin uşaqlarının köhnə üsullarla tərbiyə olunmasına çalışmaqdır.

Türkiyə dövlət qurumlarının açıqlamasında son on ildə otuz minə qədər insan intihar edib.

Amerika üzrə bu göstərici son illərə görə qırx beş mini keçir.
Yaponiyanın müvafiq dövlət qurumlarının 2014-cü ildə ictimai rəyə təqdim etdiyi məlumatlarda bildirilir ki, gün ərzində ölkənin müxtəlif bölgələrində intihar sayı 70-dən artıq olur.

Fransa Avropa ölkələri sırasında vətəndaşları ən çox intihar edən ölkədir.

Ümumilikdə Avropa ölkələrində hər il bir milyondan artıq insan intihar edir.

Bu gün Azərbaycanda bəlli siyasi çevrələr intiharlara görə məsuliyyəti dövlətin üzərinə atmağa çalışır. Amma diqqət etsək bu günə qədər çox həsrətində olduqları Avropa və Qərbdə bir intihar hadisəsinə görə məsul tərəf kimi dövlətin adı çəkilmir. İntiharlar siyasiləşdirilmir. Siyasi mübarizə predmeti kimi intiharlar faktlarından bəhrələnmək isə əxlaq kodeksinin bütün maddələri üzrə yararsız hesab edilir. Çünki burada insanların, vətəndaşın emosiyası, psixoloji durumu, ona mənfi təsir edə biləcək məsələlər önə çəkilir. Almaniyada bu tip məlumatların mediaya yol almasına reaksiya ümumiyyətlə, mənfidir. Bu ölkədə yaşayan jurnalist həmkarım Fərahim İlqaroğlu yazır:

-Almaniyada ilk yazım bir intihar olayı üzərindən xəbər oldu. Aldığım cavabda bildirildi ki, intihar faktlarını xəbər kimi tirajlamaqdan prinsip olaraq imtina edilir. Çünki bu insanların psixologiyasına və gündəlik həyatına mənfi təsir göstərir.

***
Azərbaycanda yeni qəbul olunacaq “KİV haqqına qanun”da yəqin ki, bu amil də nəzərə alınacaq, bu dəqiqdir. Ancaq həmin zamana qədər gərəkdir kiŞ KİV-lərin özlərində də müəyyən məsuliyyət, təəssüb hissi ola. İntihar xəbərləri son səhifə xəbəri ola bilər, o da istisna hallarda. İntihar əsla və əsla bir mühim KİV-də baş xəbər ola bilməz, olmamalıdır.

***
…Bəs neynəmək olar. Azərbaycanda düşünülmüş, planlı ideoloji təbliğat mexanizmi işlənməlidir. Hətta bəzi təkliflərlə çıxış etmək də mümkündür.

-Ölkədə pandemiya, karantin, qapanmalara görə kütləvi depressiya, gərginlik var, bu və buna qədərki durum, intihara aparan səbəb kimi araşdırılsın.

-Psixoloji olaraq son iki ilə qədər ciddi çətinlik görməyən yeniyetmə və gənc nəsil, indi düşdüyü duruma psixoloji hazırlıqsızdır. Odur ki, bununla bağlı KİV-lər üzərindən ciddi maarifləndirmə işinə ehtiyac var.

-Yeni nəslin, problemlərə, düşdükləri durumlarda müqavimətlilik dərəcəsinin artırılması ehtiyac var. Bu işə xüsusən ali təhsil ocaqlarına cəlb oluna bilər.

-Yeniyetmə və gənclərin asudə vaxtının təşkili üzrə işlər görülməlidir. Bu işlərdə məsuliyyətin bir qismi dövlətin və müxtəlif qurumların üzərindədir. Xüsusən əyalətdə asudə vaxtın təşkili işi nəzarətə götürülməlidir.

-Gənclərlə iş və ümumilikdə intihar olaylarının araşdırılması istiqamətində QHT sektorunun fəaliyyəti ciddi araşdırılmalıdır.

-Gənclərin intihar səbəblərinin araşdırılması məsələsi ilə bağlı dövlət qurumlarında müvafiq şöbələr yaradılmalıdır. Əgər varsa, onlardan bu məsələlərlə bağlı hesbat və təkliflər tələb edilməlidir.

-İntiharların növləri və yaş dərəcələrinə xüsusi diqqət yetirilməlidir.

Həmçinin baş verənlərə kənar psixoloji təsir amillərinin olub olmaması araşdırılmalıdır. Daha dəqiqi, baş verən intiharlarda konkret təşkilatlar va ya dövlətlərin maraqlılıq dərəcələri öyrənilməlidir.

***
Yeri gəlmişkən, mütəxssislər hesablayır ki, hər qırx saniyədən bir dünyada yeni intihar hadisəsi baş verir. Yəni bütövlükdə yaşadığımız planeti götürsək intiharlar arasında zaman intervalı qırx saniyə təşkil edir. Kaş ki, bu qərarı verən beyinlərin də qırxca saniyəsi ola və özündən soruşa ki, özündən vaz keçməyə, dəyərmi?!.

Jalə Mütəllimova

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki