image-qanunla-reklam
image-img_20241121_110302

İntiligent qarovulçular-Elyar Bağırov

image-lady-day-az

İntiligent qarovulçular

Bu yaxınlarda respublikada nüfuzlu olan tibb müəssisəsinin birində mühafizəçilər tərəfindən rastlaşdığım xoşagəlməz hadisə bu məqaləni yazmağıma səbəb oldu.

Yazıma “Comedixana” aktyorlarının hazırladığı bir səhnəcyi xatırlatmaqla başlamaq istəyirəm. .

Səhnəcikdə bank mühafizəçisi qarnını içəri çəkib, sinəsini irəli verərək müştərilərlə kobud rəftar edir, bu zaman banka soyğunçu daxil olur. Əli silahlı soyğunçudan qorxan mühafizəçi stolun altına girərək it kimi zingildəyir.

Bu səhnəciy təsadüfi hazırlanmamışdır. Heç şübhəsiz ki, belə kobud mühafizəçilərin çox olması aktyorların mövzuya toxunmasına səbəb olmuşdur.

Sovet vaxtı adına qarovulçu deyilən bu sənət sahibləri yaşlı dayılar olurdu ki, başqa işlə məşğul olmaq üçün fiziki gücləri olmadıqları üçün qarovulçu işləyirdilər. Onlar da bekarçılıqdan bütün günü məvacibləriniə uyğun olaraq filtirsiz siqareti tüsdülədərək ağ bığlarını saraltmaqla məşğul idilər. Ya da başqa faydalı işlə məşğul ola bilməyənlər bu işi seçib, günlərini yola verib, az məvacibə qane olurdular. Sovet dağıldı, bu qarovulçuluğun mahiyyəti dəyişmədi, amma adı dəyişdi oldu securtiy. Bu adı dəyişilmişlər qarınlarını içəri çəkib, sinələrini qabağa verib, boyunlarından birka asmaqla intiligent qarovulçu obrazına girib özlərini çox mühüm biri hesab etməyə başladılar. Amma unutdular ki, onların işi nəzakətli qaydada nizam-intizam yaratmaqdır. Qaldı ki, mühüm müəssisənin mühafizəsi ilə məşğul olmalarına, bu binəvalar anlamır ki, bu kimi yerləri dövlətin görünməyən əli mühafizə edir. Bunlar isə yalnız görüntü vermək üçündür. Aldığları məvacib isə bu xəstələrin və onların sahiblərinin ödədiyi vəsait hesabınadır. Xəstələrin halına həssas yanaşmayanlar, heç olmasa onların hesabına yedikləri çörəyə hörmət etsinlər.
Bu cür müəssisələrin rəhbərləri isə şəxsiyyət natamamlığından əziyyət çəkdikləri üçün özünü mühüm adam göstərib, insanların əsəbi ilə oynayanların başının üstünə kamera asmaqla kifayətlənməli deyil, təlimlər keçməklə maarifləndirməlidirlər.

Məqalənin əvvəlinə yumoristik səhnəciklə giriş verdiyim kimi sonunda da rayonumuzda baş vermiş baməzə hadisəni xatırlamaqla yekunlaşdırıram.

Birinin vecsiz oğlu olur, aparır Bakıya ki, müəssisələrin birində mühafizəçi işinə düzəltsin. Rəhbərlik deyir ki, bu uşaq bizə yaramır. Atası da deyir ki, mən bilirdim bundan adam olmaz, amma day burda da qarovulçu olmayacağını ağlıma gətirməmişdim.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki