image-qanunla-reklam
image-modern-az-28-06-2021-1624888330

İntizam Komissiyası vəkillə dalaşan deputatın məsələsinə baxacaq? – Sədr müavinindən AÇIQLAMA

image-lady-day-az

“Deputat Ramil Həsənin adının hallandığı qalmaqal sadəcə anlaşılmazlıq müstəvisində yaranmış vəziyyətdir”.

Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı həmkarı Ramil Həsənin vəkillə mübahisəsindən danışarkən deyib. Onun fikrincə, bu qalmaqal daha çox emosional durumdan qaynaqlanan vəziyyətdir və İntizam Komissiyasına çıxarılmasına gərək yoxdur:

“Ortada ictimai təhlükəsizliyin pozulması, başqa insanların həyatına təhlükə yaradılması və s. pozuntular yoxdur. Sadəcə, mübahisə edib. Mübahisəni kim etmir ki?! Elə biz özümüz də bəzən adi həyatda sözümüzü anlamayan şəxslərlə mübahisə edə bilirik.

Ramil Həsən savadlı deputatlarımızdandır. Vaxtilə TÜRKPA-da ciddi vəzifə daşıyıb, Parlament Assambleyasının formalaşmasında ciddi töhfələri var. Dövlətçiliyə sadiqdir. Bir qədər qeyri-adiliyi var və ona problemlər yaradır. Gərək, situasiyanı nəzərə alıb, davranışlarını tənzimləsin. Sıradan insan deyil, millət vəkilidir. Çox arzulayardım ki, bu, Ramil Həsənin adının hallandığı son belə hadisə olsun.

Düşünürəm ki, İntizam Komissiyasında heç bir tədbir görməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, iyunun 27-də, Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub.

Vəkil M.Mustafayev otelə Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində gəlib.

 

Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənlə evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı da indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi görüş üçün qərar çıxarıb.

Deputat isə buna izn vermədiyindən vəkillə aralarında mübahisə yaranıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki