image-970_50
image-1627386930-5ad68a5cae78492bbc7c0f54

İran etirazlara nəzarət edə bilmək üçün havaya helikopter qaldırdı

image-728_90

İranın Xuzistan əyalətində baş qaldıran su qiyamı artıq demək olar ki, ölkənin bütün bölgələrinə yayılıb.

Qanunla.Az İranın yerli mətbuatına istinadən xəbər verir ki, İranın Qüds şəhərində də artıq insanlar rejimə qarşı etiraz mitinqlərinə hazırlaşır.

Buna görə, şəhərə çox sayda təhlükəsizlik qüvvələri və hərbi texnika yeridilib.

Bundan başqa, sakinlərin çəkdiyi bir videoda İran polisinin mümkün etirazlara nəzarət edə bilmək üçün havaya helikopter qaldırdığı müşahidə edilir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki