image-qanunla-reklam
image-kenani-yeni

İran İsrailin bu addımını kəskin pislədi

image-lady-day-az

İran İsrailin Yəmənin Hüdeyda şəhərindəki liman obyektlərinə hücumunu kəskin şəkildə pisləyir.

Qanunla.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.

Kənani qeyd edib ki, Yəmən xalqı Qəzza zolağının günahsız sakinlərinə dəstək verdiyi üçün əziyyət çəkib:

“İsrail və onun müttəfiqləri, o cümlədən ABŞ Qəzza və Yəməndəki hərəkətlərin təhlükəli və gözlənilməz nəticələrinə görə birbaşa məsuliyyət daşıyır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki