image-970_50
image-hamburg

İran konsulluğuna hücum edildi – Tehrandan reaksiya

image-728_90

Almaniyada naməlum şəxslər İranın Hamburq şəhərində yerləşən Baş Konsulluğuna hücum edib.

Qanunla.Az xəbər verir ki, bu barədə Hamburq polisi məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər konsulluğun dəmir darvazasına yanan maddə atıblar. Yanğının tez bir zamanda söndürüldüyü, hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.

Hadisə yerindən qaçan iki nəfər axtarılır.

***

Almaniya rəhbərliyindən hücumun səbəbkarlarına qarşı lazımi addımları atmasını, hadisəni ətraflı şəkildə araşdırmasını və bu cür hücumların təkrarlanmaması üçün daimi tədbirlər görməsini gözləyirik.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yazılı açıqlamasında bildirib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki