image-qanunla-reklam
image-iran-polis-hucum

İran polisi 4 bəlucu güllələdi

image-lady-day-az

Sistan və Bəlucistan əyalətinin Hirmənd bölgəsinin Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib.

Qanunla.Az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Atəş nəticəsində Məhəmməd Sarani, Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri – Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıb.

Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki