İranın İsrailin hücumlarına cavabı ABŞ-da 5 noyabr prezident seçkilərindən öncə gələ bilər.
Qanunla.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“İranın sionist rejimə cavabı həlledici və ağrılı olacaq”, – deyə mənbə telekanala bildirib.
Cavab zərbələrinin ABŞ-da prezident seçkiləri gününə qədər olacağı ehtimalı var.
Eyni zamanda vurğulanır ki, bu, Tehranın İsrail hücumlarını ciddi qəbul etməmək kimi bir strategiyadan imtina etdiyini göstərir.
Qeyd edək ki, 26 oktyabrda İsrail İrana raket zərbəsi endirib. İran bu zərbəyə cavab verəcəyini elan edib.