image-qanunla-reklam
image-tehran_iran-1

İran səfirinin gözü çıxdı, Tehrana aparılır

image-lady-day-az

Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə ciddi zədələnib.

Qanunla.Az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

SEPAH rəsmiləri nəşrə bildiriblər ki, Amaninin xəsarətləri ilkin məlumatda deyildiyindən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq.

Qeyd olunur ki, Livandakı Hizbullah qruplaşmasının 1500-ə yaxın üzvü peycerlərin partlaması nəticəsində görmə qabiliyyətini itirib.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda rabitə cihazlarının partlaması nəticəsində 4 minə yaxın insan yaralanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki