image-970_50
image-1629718168-4b91ef8b-163a-396a-a432-820a0f14884f_850

İran XİN rəhbəri vəzifəsindən ayrıldı

image-728_90

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vəzifəsindən gedib.

Qanunla.Az   xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında paylaşım edib.

Zərif İran xalqına təşəkkür edib, bütün çatışmazlıqlara görə üzr istəyib. Bildirib ki, son səkkiz ildə bütün xarici siyasət məqsədlərinə çatmaq mümkün olmayıb.

Qeyd  edək ki,  o, 2013-cü ildən İranın XİN rəhbəri vəzifəsində çalışıb. Ümumilikdə isə diplomatiya sahəsində 40 illik təcrübəyə malikdir.

Həmçinin də bazar günü Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə görüşdən sonra Zərif “Twitter”də “Ehtimal ki, bu, mənim son görüşümdür”,- deyə  bildirmişdi.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki