image-970_50
image-1629974047_iran

İranda daha 561 nəfər koronavirusdan öldü

image-728_90

İranda ötən sutka ərzində 561 nəfər koronavirusdan (COVID-19) ölüb.

Qanunla.Az  xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 109 549 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 27 621 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 083 133 nəfərə çatıb. Virus daşıyıcılarından 7 795 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 302 011 nəfər koronavirusdan sağalıb, 29,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki