image-970_50
image-fotojet-8

İranda koronavirusun “Omikron” ştammına yoluxma rəsmən təsdiqləndi – FOTO

image-suni_mayalanma_qiymeti

 

İran Səhiyyə Nazirliyinin Mətbuat Xidməti fövqəladə iclas keçirərək artıq ölkədə koronavirusun yeni versiyası hesab edilən “Omikron” ştammının müşahidə edildiyini təsdiq edib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Mətbuat Mərkəzinin rəisi Məhəmməd Haşimi məsələ ilə bağlı deyib:

“Bu gün səhiyyə naziri Bəhram Eynullahinin iştirakı ilə nazirlikdə təşkil edilmiş Koronavirusla Mübarizə Qərargahının fövqəladə iclasında İranda “Omikron” ştammına yoluxma halı təsdiq edildi”.

O, habelə qeyd edib ki, iclasın üzvləri üçüncü vaksin dozasının da vurulmasının və səhiyyə protokollarına əməl edilməsinin vacibliyini vurğulayıb.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki