image-qanunla-reklam
image-mesud-pezeshkian1

İranda sensasiya: Pezeşkian qalibdir, təsdiqi qalır – Təcili

image-lady-day-az

Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Vərziğanın 39 kəndinin seçki nəticələrinə görə, Pezeşkian 10 000, Cəlili isə 771 səs toplayıb. Kəleybər bölgəsinin Abış Əhməd şəhərində Pezeşkiana verilən səslərin sayı 8909, Cəliliyə isə 940 təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki