İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Sistan və Bəlucistan əyalətində 4 terrorçunu məhv edib.
Qanunla.Az xəbər verir ki, bu barədə İran mediasına SEPAH-ın sözçüsü general Əhməd Şəfai deyib.
O bildirib ki, Sistan və Bəlucistan əyalətində xarici düşmənlərin dəstəklədiyi silahlılara qarşı uğurlu əməliyyat zamanı bir avtomobil və çoxlu silah-sursat olan anbar ələ keçirilib.
Şafai həmçinin əməliyyat zamanı bir SEPAH əsgərinin öldürüldüyünü təsdiqləyib.