İranın Semnan əyalətində 4.8 bal gücündə zəlzələ baş verib.
Qanunla/Az xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 05:16-da baş verən yeraltı təkanların episentri Gərmsar şəhərinin yaxınlığında, yerin 11 kilometr dərinliyində yerləşib.
Zəlzələ Tehran və Kərəc şəhərlərində də hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat verilmir.