image-970_50
image-img_20211204_233411

İranda zenit-raket kompleksinin buraxılması partlayışa səbəb olub

image-suni_mayalanma_qiymeti

İran Hava Hücumundan Müdafiə Qüvvələri Natanz bölgəsində partlayışa səbəb olan sınaq atışlarını təsdiqləyib.

Qanunla.Az İRNA-ya istinadən xəbər verir ki, Natanzda raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib.

“Narahatlığa heç bir əsas yoxdur”, – məlumatda deyilir.

İRNA-nın məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur. Hadisə nəticəsində insan itkisi və dağıntı olmadığı qeyd edilir.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki