image-qanunla-reklam
image-1632212464_kartoffmain

İrandan gətirilən bu məhsul yararsız çıxdı

image-lady-day-az
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarında zərərverici aşkarlayıb. 
Agentlikdən verilən məlumata görə, İrandan fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən bu ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən, ümumi çəkisi 47 600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr  tarixlərində idxal edilən və ümumi çəkisi 70 800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına müfəttişlər tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək AQTA-nın müvafiq laboratoriyasına təqdim olunub. Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella – kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib.
Bildirilib ki, karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi  potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsinə başlanılıb.  (Qafqazinfo)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki