image-qanunla-reklam
image-tehran_iran

İrandan qəti tapşırıq: Sərhəddən bir nəfər buraxılmasın…

image-lady-day-az

Rəsmi Tehran sərhəddə yerləşən mühafizə qüvvələrinə İrana girmək istəyən əfqanların qarşısını almağı əmr edib.

Qanunla.Az  xəbər verir ki, bunu İranın Sərhəd Xidmətinin nümayəndəsi Hüseyn Qasımi deyib.

Qasımi İran hökumətinin Əfqanıstan sərhədindəki son vəziyyət və yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə belə bir ciddi məhdudiyyət qoyduğunu açıqlayıb.

Cənubi Xorasan, Sistan-Bəlucistan və Rəzəvi-Xorasan əyalətlərində yerləşən mühafizə qüvvələrinə İrana girmək istəyən əfqanların qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, İran hazırda 800 mini qeydiyyatdan keçmiş təxminən 3 milyon Əfqanıstan vətəndaşına ev sahibliyi edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki