image-qanunla-reklam
image-61d5f4f702bb061d5f4f702bb1164141183161d5f4f702bad61d5f4f702bae

İranın İsfahan hava limanında təyyarə qəza enişi edib: Xəsarət alanlar var

image-lady-day-az

 

İranın Məşhəd şəhərindən İsfahana uçan təyyarə qəza enişi edib.

Göyərtəsində 110 sərnişin olan təyyarə bu gün yerli vaxtla saat 17:03 radələrində İsfahan hava limanında eniş edərkən sol təkərində yaranmış texniki nasazlıq təyyarənin eniş zolağından çıxmasına səbəb olub.

Məlumata görə, sərnişinlərdən 3 nəfər xəsarət alıb, digər sərnişinlər təcili təxliyə olunub. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Tehrandan İsfahana xüsusi təhqiqat qrupu ezam olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki