İran regionda təsirini artırmaq istəyir. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı cizgilərini” mütəmadi olaraq xatırlatması da bu səbəbdəndir.
Qanunla.az xəbər verir ki, bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib.
“Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı İmperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, – o bildirib.
Akopyanın fikrincə, ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla:
“ABŞ Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”.