image-qanunla-reklam
image-df1ab935-f729-474b-a15e-d9cfc48d1d63

İraq kəşfiyyatından xüsusi əməliyyat: Bağdadinin müavini ələ keçdi

image-lady-day-az

İraqın Baş naziri Mustafa əl-Kazımi İŞİD terror qruplaşmasının keçmiş lideri Əbubəkr əl-Bağdadinin müavini, maliyyə məsələlərinə nəzarət edən Sami Casimin saxlanıldığını açıqlayıb.

“Təhlükəsizlik qüvvələri ölkədə keçirilən parlament seçkilərini qoruduğu halda, onların kəşfiyyatda çalışan həmkarları İŞİD-in maliyyə məsələlərinə cavabdeh Sami Casimin tutulması üçün ən çətin əməliyyatlardan birini icra ediblər”, – deyə baş nazir bildirib.

Qeyd olunur ki, terrorçunun saxlanılması ilə bağlı əməliyyat ölkə xaricində həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki