image-qanunla-reklam
image-iraq-yangin

İraqda matəm elan olundu

image-lady-day-az

İraqın Nəsiriyyə əyalətində COVİD-19 xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “Sputnik Arabik” məlumat yayıb.

Məlumata görə, yanğın tibb müəssisəsində baş verən partlayışdan sonra başlayıb:

“İlkin versiyaya görə hadisəyə oksigen balonunun partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır. Artıq xəstəxana müdiri də daxil olmaqla, yüksək rütbəli məmurlar saxlanılıb. Bu gün İraqda ölənlər üçün matəm elan edilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki