image-qanunla-reklam
image-1721905838-17875515_0_48_1601_948_1920x0_80_0_0_6802293b7ecacaa5881b42ae4e0fd6f5-thumb

“İrəvan Bakının sülh müqaviləsi təklifinə cavab hazırlayır” – XİN

image-lady-day-az

Ermənistanın sülh müqaviləsinə cavab təklifləri hazırlanma mərhələsindədir.

Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

O, İrəvanın Bakının təkliflərinə, 10-cu paketə cavab verib-vermədiyi sualına cavab verərkən deyib: “Ermənistanın əks təklifləri qısa müddət ərzində sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən artıq səsləndirilmiş və təqdim edilmiş prinsipial təklifə uyğun olaraq hazırlanma mərhələsindədir”.

İrəvan və Bakı uzun müddətdir ki, sülh müqaviləsi üzrə danışıqlar aparır. İrəvan 10-cu təkliflər paketinin alındığını bir ay əvvəl elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki