image-qanunla-reklam
image-13842457341369819106_1365164200_milli-meclis

İrəvan çox təhlükəli oyun oynayır – MM-də müzakirə

image-lady-day-az

Fransanın simasında Qərb Cənubi Qafqazda təhlükəli siyasət həyata keçirir.

Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

O qeyd edib ki, Fransanın Ermənistana özüyeriyən artilleriya qurğuları verməsi bunun bariz nümunəsidir:

“Bu planların arxasında çirkin niyyətlər var. Azərbaycanla Ermənistan arasında sülh prosesinə bu, sarsıdıcı zərbədir. Əslində Ermənistanın da sülhlə bağlı yanaşmaları səmimi deyil”.

Deputat bildirib ki, ilk dəfə olaraq Cənubi Qafqazda təhlükəsizlik sistemi qurula bilər:

“Bu sistemin müəllifi isə Azərbaycan Prezidentidir. Amma bəzi qüvvələr Ermənistana hücum silahları verməklə regionda gərginliyin artmasına çalışır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki