image-970_50
image-1625726853_pua-bayraktar

İrəvandan Xankəndindəki ermənilərə:“Bayraktarlar”ın görünəcəyi günə hazırlaşın!

image-728_90
Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanını imzalaması olduqca maraqlı tarixə düşdü. Eyni gün Moskvada Ermənistan Baş naziri ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş planlaşdırılmışdı. Və yəqin ki, Paşinyan növbədənkənar seçkilərdə qazandığı qələbədən sonra ilk rəsmi səfərində bundan sonrakı fəaliyyət proqramını müəyyənləşdirmək üçün Moskvaya getmişdi. Məhz belə bir zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə fərman ilk növbədə Paşinyan üçün bir sürpriz idi. Sözsüz ki, bu iki hadisənin eyni anda baş verməsi erməni ictimaiyyətinin də gözündən yayına bilməzdi.
“Armenian Report” saytının müəllifi Romella Mnatsakanyan “Rüsvayçılıq fincanı” sərlövhəli şərhində yazır:
“Biz gərək, milli rüsvayçılıq piyaləsimi dibədək içək. Əgər kiməsə elə gəlirdi ki, “Artsax”ın 75%-ni itirməklə hər şey bitəcəkdi, bu, belə olmadı. Tamamilə aydındır ki, Ermənistana bütün cəbhələrdə təzyiqlər davam edir və artır. Və bunu da görür ki, bizi təzyiqlərlə “qidalandırırlar” və biz də bununla əylənirik. Ermənistana yeni təzyiq mərhələsini başqa cür adlandırmaq olmaz.
Beləliklə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Moskvaya getdi. İlk baxışdan, bu səfər Nikolun qələbəsini tanıyan Putinin təbriklərini qəbul etmək məqsədi daşıyırmış kimi görünür. Daha dəqiqi, Kreml tərəfindən təklif edilən Robert Koçaryanın məğlubiyyətini etiraf edirmiş kimi. Amma Vladimir Vladimiroviçin nəzakət hissi qəribədir. O, son dərəcə özünəməxsus şəkildə ölkəmizin Baş nazirini “təbrik etdi””.
Müəllifə görə, Putinin Paşinyana ilk müjdəsi Azərbaycan və Ermənistan sərhədinə Rusiya sülhməramlılarının yerləşdirilməsinin planlaşdırılmaması ilə bağlı olub və bu, Rusiya prezidentinin sözçüsü mətbuat katibi Dmitri Peskov tərəfindən jurnalistlərə çatdırılıb: “”Bu məlumat həqiqətə uyğun deyil. Hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, – deyə Peskov cavab verdi”.
Müəllif güman edir ki, sərhədə rus “sülhməramlıları”nın yerləşdiriləcəyi ilə əlaqədar erməni mətbuatında günlərdir davam edən müzakirələr elə-belə ortaya çıxmayıb, əksinə, Kremldən Nikola hansısa mühüm sənədlərin imzalanacağını vəd ediblər: “Ona görə də bu məlumat mediaya “sızıb”. O cümlədən, Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsi haqqında vədlər də. Bir sıra KİV-lər artıq bir neçə gündür fəal şəkildə bütün bunlardan sonra hər şeyin necə dəyişəcəyini müzakirə edirlər. Belə bir plan isə yoxdur və olmayacaqdır!
Yəni Putin Ermənistana yenə də xəyanət etdi, ölkəmizə qarşı yeni təxribatların həyata keçirilməsinə “yaşıl işıq” yandırdı. Bunu Bakıda da başa düşdülər. Paşinyanın Moskvaya getdiyi gün İlham Əliyev Azərbaycan Respublikasının İqtisadi rayonlara yeni bölünməsi haqqında fərman imzaladı. Və əsl partlayan bomba bu idi.
Yeni qərara əsasən, “Arsax”ın (Laçın və Kəlbəcərdən başqa) rayonları ayrıca rayona daxil edildi. Laçın və Kəlbəcərdən isə “Şərqi Zəngəzur” iqtisadi rayonu quruldu. Bu ad çox bəlağətlidir. Düşünürəm ki, şərq varsa, qonşularımızın (siyasi və sosial səviyyələrdə) Syunik üçün dedikləri “Qərbi Zəngəzur” da var.
Bundan əlavə, “misilsiz tarixi və mədəni irsə, fövqəladə təbiətə sahib olan qədim Qarabağ bölgəsinin bərpasını və sürətlə inkişafını təmin etmək üçün” Stepanakert də “Qarabağ bölgəsi” nin tərkibinə daxildir. Yəni, Türkiyə-Azərbaycan tandeminin təxribatçı fəaliyyətinə Moskvanın səssiz razılığı açıq şəkildə görünür.
Putin bu planlara heç bir şəkildə müdaxilə etmək istəmir. Bunun Əfqanıstandakı vəziyyət də daxil olmaqla çox obyektiv və subyektiv səbəbləri var. Bəs bütün bunlar bizə yenə xəyanət edən Rusiya üçün özünün bəraəti ola bilərmi? Cavab aydındır. KTMT-nin təsadüfən deyil, Kremlin qərarına əsasən kinayəli bir mövqe tutduğu da açıqdır.
Beləliklə, “Bayraktarlar”ın Stepanakert səmalarında görünəcəyi günə hazırlaşmalısınız və şəhərə Azərbaycan, Türkiyə, Pakistan əsgərləri girəcəklər. Və Rusiya yenidən susacaq. Bizə isə “bütün bunlar bir məğluba səs verdiyiniz və buna dözdüyünüz üçündür”, – deyiləcək. Bizə rəzalət fincanını dibinə, son damlasına qədər için deyəcəklər. Və içməli olacağıq”… (“Yenisabah” )
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki