İrlandiya millisi Azərbaycan yığması ilə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyundan öncə problemlə üzləşib.
Qanunla.Az xəbər verir ki, bu barədə RTE telekanalının sabiq eksperti Eymon Danfi məlumat verib.
O qeyd edib ki, milliyə dəvət almış 26 futbolçudan 8-i peyvənd olunmaqdan imtina edib.
Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda millimizlə görüşəcək.