image-qanunla-reklam
image-187385492_2843691342521041_4646205620376000631_n

“İşğaldan azad olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrimiz bərpa ediləcək.” mövzusunda onlayn konfrans keçirilib

image-lady-day-az
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.
Ölkəmizdə fəaliyyət göstərən muzeylər və Heydər Əliyev Mərkəzləri koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edir.
17.05.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab və Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatşılığı ilə 18 May Beynəlxalq Muzeylər günü münasibətilə “İşğaldan azad olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrimiz bərpa ediləcək” mövzusunda onlayn tədbir keçirildi.
ZOOM proqramı ilə keçirilən onlayn video- tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva tədbir iştirakçılarını salamlayaraq 18 May Beynəlxalq Muzeylər gününün bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edildiyini, bu günün bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirildiyini, bu günün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilə olduğunu qeyd etidlər.
Onlayn tədbirdə Zərdab və Hacıqabul Heydər Əliyev Mərkəzləri və Mərkəzlərin fəaliyyəti haqqında ətraflı məlumat verdildi.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə virtual olaraq onlayn tədbir iştirakçılarını tanış etdi.
Eyni zamanda Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə onlayn tədbir zamanı çıxışında bildirdi ki, Zərdab rayon Heydər Əliyev Mərkəzində 195 eksponat, 525 adda 575 kitab fondu olan kitabxana mühafizə olunur. Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin öyrənmək üçün dəyərli faktlar əldə etmək olar.
Onlayn tədbir zamanı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Mərkəzin ekspozisiyasında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verdi.
Hacıqabul Heydər Əliyev Mərkəzinin fond mühafisi Məhəmməd İsayev karantin dövründə onlayn fəaliyyətlərindən məlumat verdi.
Eyni zamanda Hacıqabul Heydər Əliyev Mərkəzinin fond mühafisi Məhəmməd İsayev Hacıqabul rayonun tarixi keçmişi haqqında, tarixi abidələri və məkanları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələrin dağıdılmasına baxmayaraq yenidən bərpa olunacağından söz açdı. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları, Xocalı, Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimizin yenidən baxanları heyran qoyan əzəli gözəlliyinə qayıdacağını xüsusi olaraq vurğuladı.
Alagöz Namazova çıxışında Erməni işğalçılarından azad edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyalarının və digər qiymətli materialların yenidən toplanılaraq ərazilərdə Azərbaycanın mədəni irsinin yenidən yüksək səviyyədə təbliğ olunacağına əminliyini bildirdi.
Bir 2 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər, ayakta, içəridə və bunu deyən yazı "一 Heydar aliyev Markazi Zardab" şəkili ola bilər
Bir 4 nəfər və bunu deyən yazı "11:12 89 2 Heydar aliyev Markazi Za.. Mehemmed Isayev XanimAğayeva Xanim Ağayeva AlagözNamazova Alagöz Namazova" şəkili ola bilər
Bir 3 nəfər və içəridə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər, ayakta və içəridə şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 2 nəfər və ofis şəkili ola bilər
Bir 4 nəfər və bunu deyən yazı "11:06 Zoom Leave ilhama Qaribova Zardab MehemmedIsayev Mehemmed Xanim Ağayeva Mübariz Xalilov Unmute Stop ideo Participants More <" şəkili ola bilər
Bir 1 nəfər, ayakta, çiçək və içəridə şəkili ola bilər
Bir 1 nəfər, ayakta və içəridə şəkili ola bilər
Bir 1 nəfər, kitab və içəridə şəkili ola bilər
Bir 1 nəfər və bunu deyən yazı "11:36 Zoom Leave nmute Stop deo articipants More <" şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki