image-qanunla-reklam
image-pashinyan

İsgəndəryan: Paşinyan siyasi “restart” istəyir

image-lady-day-az

Müharibədən sonra Paşinyanın legitimliyi çoxları tərəfindən şübhə altına alınır. Ona görə də o, legitimliyini seçkinin köməyi ilə təsdiqləmək istəyir.

Qanunla.Az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə müsahibəsində erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Paşinyanın fəaliyyəti hüquqi baxımdan Ermənistan konstitusiyasının diktə etdiyi bürokratik konstruksiyaların nəticəsidir. Paşinyan “restart”a, daha dəqiq desək, öz siyasi layihəsinin yenilənməsinə ümid edir.

Müxalifətin fəaliyyətin gəlincə, onlar yenidən seçkiyə tərəfdardırlar, amma Paşinyanın həqiqətən istefaya getməsini istəyirlər. Müxalifətin fikrincə, əgər Paşinyan baş nazirin səlahiyyətlərinin icraçısı olaraq qalsa, bu ona seçkinin gedişində administrativ resursu işə salmağa imkan verəcək. Ona görə də müxalifətin çağırışı aydındır. Paşinyan öz növbəsində ümid edir ki, belə sxem sayəsində o, siyasi yenilənmə edə biləcək”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki